Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/
"Rəqibim güclü və təcrübəli idi, lakin qələbə qazanmağı bacardım və buna görə çox sevinirəm".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa Oyunlarında macarıstanlı rəqibinə qalib gələrək finala yüksələn Azərbaycan boksçusu Xaybula Musalov deyib.
O bildirib ki, döyüş asan keçməyib: "Bundan əvvəl onunla qarşılaşmamışdım. Rəqibimi ilk dəfədir ki, burada görürəm".
X.Musalov final yarışında da rəqibinin güclü olduğunu bildirib. O, qeyd edib ki, bu yarışlarda iştirak edən idmançılar öz ölkələrində bir nömrəli boksçulardır. Boksçumuz finalda qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcəyini bildirib.