...

İrlandiyalı məşqçi: Avropa Oyunları davam etməlidir

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 16:10 (UTC +04:00)
"Birinci Avropa Oyunları çox möhtəşəm və əhəmiyyətli bir yarışmadır və Azərbaycan bunu çox gözəl təşkil edib".
İrlandiyalı məşqçi: Avropa Oyunları davam etməlidir

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları çox möhtəşəm və əhəmiyyətli bir yarışmadır və Azərbaycan bunu çox gözəl təşkil edib". Bunu Trend-ə birinci Avropa Oyunlarında iştirak edən İrlandiya boks komandasının məşqçisi Billi Valş deyib.

O, qeyd edib ki, Azərbaycanın müasir və əlverişli idman infrastrukturu var: "Azərbaycan bu Oyunlarda idmançılar üçün çox gözəl şərait yaradıb, müasir idman arenaları tikib".

B.Valş Avropa Oyunlarının davam etməsinin vacibliyini vurğulayıb: "Bu, Avropanın ən böyük yarışmasıdır və idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu Oyunlar davam etməlidir".

Azərbaycana ikinci dəfə gəldiyini deyən irlandiyalı məşqçi ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb: "2004-cü ildə də Azərbaycanda olmuşam. O vaxtdan bəri böyük dəyişikliklər baş verib. Bakını bir neçə dəfə gəzmişik, çox gözəl şəhəriniz var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti