...

Abdulkadir Abdullayev: "Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm"

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 21:09 (UTC +04:00)
"Qızıl medal qazandığıma görə çox sevinirəm". Trend-in məlumatına görə, bunu birinci Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran boksçu Abdulkadir Abdullayev deyib.
Abdulkadir Abdullayev: "Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm"

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Qızıl medal qazandığıma görə çox sevinirəm". Trend-in məlumatına görə, bunu birinci Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran boksçu Abdulkadir Abdullayev deyib.

O, ukraynalı rəqibinin zədə aldığına görə rinqə çıxa bilməməsindən təəssüfləndiyini bildirib: "Rəqibimlə döyüşə hazır idim. Düzünü desəm, döyüş baş tutsaydı daha yaxşı olardı. Rəqibimi məğlub etməyə hazır idim, çünki mən bunun üçün hazırlaşmışdım".

Gələcək planları haqqında danışan A.Abdullayev bildirib ki, dünya çempionatına hazırlaşacaq.

O qələbədini valideyinlərinə və Azərbaycan xalqına həsr etdiyini bildirib: "Qələbəmi mənim üçün narahatçılıq keçirən valideyinlərimə və məni bu cür dəstəkləyən, sevən, bizimlə fəxr edən bütün Azərbaycan xalqına həsr edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti