Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İlkin İzzət/
Almaniyanın kişilərdən ibarət voleybol yığması Avropa Oyunlarının qalibi olub.
Trend xəbər verir ki, Bakı 2015 birinci Avropa Oyunlarının son günü kişi voleybolçuların yarışında qaliblər müəyyənləşdirilib.
Finalda Bolqarıstan milli ilə qarşılaşan Almaniya yığma komandası 3:1 hesabı ilə qalib gəlib gələrək Avropa Oyunlarının çempionu olub.
Bürünc medalı isə Rusiya millisi qazanıb. Ruslar 3-cü yer uörunda qarşılaşmada Polşa yığmasına 3:1 hesabı ilə qalib gəliblər.