...

Belarus səfiri: “Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi”

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 07:00 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm idman bayramı olub.
Belarus səfiri: “Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi”

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan I Avropa Oyunlarının bağlanış mərasimini yüksək səviyyədə keçirdi. Bu barədə Trend-ə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Diplomat bildirib: "Biz təsirli və həyəcanverici bağlanış mərasiminə şahid olduq. Nəhayət Avropanın öz idman Oyunları var və bu tədbiri Azərbaycan təşkil etdi".

N.Patskeviç qeyd edib ki, Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi möhtəşəm idman bayramı olub: "Parlaq şou və möhtəşəm təşkilat - Azərbaycanın dinamik inkişafının daha bir sübutudur. Əsl idman dostluq, mehribanlıq və qarşılıqlı anlayış ideallarının dünyasında təsdiq amillərindən biridir. Məhz buna görə I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi rəmzi məna daşıyır. Çünki Azərbaycan xalqı bütün bu yüksək idealları öz qəlbində daşıyır".

Diplomatın sözlərinə görə, "Bakı 2015" I Avropa Oyunları növbəti Oyunların ev sahibləri üçün yüksək planka müəyyənləşdirib.

O həmçinin əlavə edib ki, idman tədbirinin yüksək statusunu açılış mərasimində 50 Avropa ölkəsinin yüksək vəzifəli nümayəndələrinin, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirak etməsi sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti