...

MOK-da “Zəfər günləri”nin son görüşü keçirilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 13:06 (UTC +04:00)
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı 2015 birinci Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.
MOK-da “Zəfər günləri”nin son görüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı 2015 birinci Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə Avropa Oyunlarının 16-cı günündə Azərbaycana ən son medalları qazandırmış idmançılarımız iştirak edib.

Görüdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu, Avropa Oyunları ilə əlaqədar həyata keçirilən "Zəfər günləri" layihəsi çərçivəsində baş tutan son görüşdür.

Azərbaycanın I Avropa Oyunlarında böyük uğurlar qazandığını deyən MOK rəsmisi bununla qürur duyduğunu bildirib. Artıq ilk Avropa Oyunlarının Bağlanış Mərasiminin də yüksək səviyyədə keçdiyini qeyd edən Ç.Hüseynzadə bu görüşdən sonra Oyunlarda medal qazanmış bütün idmançılarımızın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyini açıqlayıb.

Sonra medal qazanmış idmançılarımız ənənəvi olaraq fəxri lövhəyə imzalarını atıblar və onlara hədiyyələr təqdim edilib.

Sonda respublikanın əməkdar artisti Tünzalə Ağayeva musiqi nömrəsi ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti