...

“Coca-Cola” şirkəti: “Bu şorbada duz” ola bildiksə, çox xoşbəxtik

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 13:54 (UTC +04:00)
Biz Bakı 2015 I Avropa Oyunlarının rəsmi tərəfdaşı olmağımızla fəxr etdik.
“Coca-Cola” şirkəti: “Bu şorbada duz” ola bildiksə, çox xoşbəxtik

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlkin İzzət/

Biz Bakı 2015 I Avropa Oyunlarının rəsmi tərəfdaşı olmağımızla fəxr etdik. Avropa Oyunları çox böyük uğurla təşkil olundu. Ev sahibi ölkə olaraq Azərbaycanın bu qədər çox medal qazanması isə əlavə ilham qaynağı oldu. "Coca-Cola" olaraq bunun bir parçası olmaq bizim üçün böyük qürur mənbəyidir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı 2015 I Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca-Cola" şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə biznes prezidenti Qalya Frayman Molinas deyib.

Onun sözlərinə görə, "Coca-Cola" şirkəti 1928-ci ildən bəri olimpiadaların və idmanın dəstəkçisidir və bundan sonra da olacaq: "Hər təşkil edilən idman yarışı bir ilham qaynağıdır, Bu, xüsusilə gəncləri idmana təşviq edir. Olimpiada ruhu bizim dəyərlərimizdə var və Bakı 2015 Avropa Oyunlarının bu olimpiyada ruhunu başqa bir müstəviyə daşıdığını düşünürəm. Biz dundan sonra da idmana dəstək olmaqda davam edəcəyik. Avropa Oyunları idmanın Azərbaycanda təşviq edilməsi baxımından çox böyük önəm daşıdı. Biz də "Coca-Coca" olaraq "bu şorbada duz" ola bildiksə, çox xoşbəxtik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti