Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Yelena Kosolapova/
I Avropa Oyunları dünya idmanı salnaməsində həmişəlik qalacaq. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin Oyunların başa çatması ilə bağlı təbrikində deyilir.
Səfir Oyunların uğurla keçirilməsi münasibətilə başda birinci xanım Mehriban Əliyeva olmaqla Təşkilat Komitəsini, eləcə də qardaş Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir: "Komanda hesabında ikinci yer tutan Azərbaycan bütün dünyaya təkcə iqtisadiyyatın deyil, həm də idman və bədən tərbiyəsinin yüksək inkişaf səviyyəsini növbəti dəfə nümayiş etdirdi".
Məktubda əminlik ifadə edilir ki, Azərbaycan qarşıdakı iri idman tədbirlərini I Avropa Oyunları kimi yüksək səviyyədə keçirəcək.