Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Ş.Cavadsoy/
Populyar estrada müğənnisi Nura Suri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş mahnı oxuyub. Mahnının musiqisi Gövhər Həsənzadəyə, sözləri isə Cəlal Qurbanova məxsusdur. "Dön artıq" adlı mahnı artıq radio dalğalarında səslənir.
Müəlliflər bu mahnını Mübariz İbrahimovun xatirəsinə olan böyük ehtiramdan dolayı ərsəyə gətirdiklərini bildirilər. Mahnıya yaxın vaxtlarda klip çəkilməsi də planlaşdırılıb. Klipdə döyüş səhnələri ilə yanaşı, bədii səhnələrdə yer alacaq.