...

Sosial şəbəkələrdə "cəfəngiyat", "qurşaqdan aşağı" zarafatlar adamın canını sıxır - KVN-çi Azər Məmmədzadə (VİDEO)

Mədəniyyət Materials 4 Mart 2011 18:52 (UTC +04:00)
Sosial şəbəkələrdə "cəfəngiyat", "qurşaqdan aşağı" zarafatlar adamın canını sıxır - KVN-çi Azər Məmmədzadə
Sosial şəbəkələrdə "cəfəngiyat", "qurşaqdan aşağı" zarafatlar adamın canını sıxır - KVN-çi Azər Məmmədzadə (VİDEO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir V.İmanov/

Azər Məmmədzadə əfsanəvi "Bakılı oğlanlar" komandasından sonra öz talieyini İT texnologiya ilə bağlasa da, KVN ehtirası hələ də onun qəlbində sönməyib. O, aprelin 14, 15, 16-da Heydər Əliyev sarayında keçiriləcək "Planeta parni iz Baku" KVN teatrnın yubiley konsertlərində iştirak etmək üçün yenidən səhnəyə çıxacaq. Trend -in o xucularına KVN stilində hazırlamaq istədiyimiz müsahibəni təqdim edirik.

Videomüsahibənin tam versiyasına baxmaq üçün: http://www.youtube.com/watch?v=2vvr1k5LMUk

- Gəlin KVN-in ən yaxşı ənənəsi kimi "Salamlamaq"dan başlayaq.

- Bütün KVN azərkeşlərini, o cümlədən "Planet Parni iz Baku" KVN teatrnın tamaşaçılarını salamlayıram. Xüsusilə də bu, Tahir İmanov tərəfindən yaradılan teatrın 10 illiyi ərəfəsində daha xoşdur. Bu il məşhur "Bakılı oğlanlar" komandasının 20 illiyi qeyd edilir. Bakı şəhər KVN klubu rəsmən 1991-ci ilin martında qeydiyyatdan keçib, halbuki əvvəllər də səhnədə çıxış ediblər və komandanın özəyi toplanmışdı. Elə o zaman ilk dəfə Sovet İttifaqının Mərkəzi Televiziyasına çıxdıq. Biz çətin, lakin şanlı yol keçərək, 1992-ci il mövsümünün çempionu, 1993-cü ilin finalçısı, 1995-ci il yay kubokunun sahibi olduq. Nəhayət çox güclü rəqiblərlə mübarizədə 2000-ci ildə 10 ən yaxşı komanda turnirinin qalibi olduq. Bunlar tam gücümüzü sərf edərək, toplanmış potensialın və əldə edilmiş təcrübənin istifadə edildiyi ən yaxşı oyunlar olub. Və o zaman XX əsrin çempionu olduq. Sevincimizin həddi-hüdudu yox idi.

- İndi "Məşq"ə keçək. Mən tamaşaçı kimi zaldan sual verəcəyəm, lakin fikirləşmək üçün 30 saniyə olmayacaq. Məlum olduğu kimi, siz İT sahəsinin adamısınız. İT texnologiyalarını müasir KVN hərəkətləri ilə necə birləşdirmək olar?

- Hazırda Rusiya televiziyasının 90 faizi Maslyakovun məktəbini keçmiş KVN iştirakçılarından ibarətdir. Məsələn, STS telekanalında KVN iştirakçıları onlayn-yayımda sualları qəbul edirlər və onları 30 saniyə ərzində cavablandırırlar. Lakin bir qədər geniş götürsək, hazırda sosial şəbəkələrin köməyi ilə Şimali Afrikada baş verdiyi kimi, hətta inqilablar edilir. Buna müsbət rakursdan baxsaq, sosial şəbəkələrdə komandalar yaratmaq olar və internetdə virtual oynamaq olar.

- Sizə elə gəlmirmi ki, ötən illərlə müqayisədə KVN enişə doğru gedib?

- Xeyr. Əlbəttə, bir qədər eniş olub və adam baxmaq belə istəmirdi, lakin indi yüksəliş gedir. Zamanın tələblərinə uyğun veriliş quran Aleksandr Maslyakovun yüksək istedadını qeyd etmək lazımdır. Dünyanın əksər ölkələrindən yüzlərlə komanda KVN-in Yüksək liqasına düşmək üçün mübarizə aparırlar. Yumor dəyişir, universal və beynəlxalq olur.

- Daha sosial yönümlü?

- Xeyr, sadəcə olaraq başqa olur. Mənim onu KVN səhnəsində qəbul etmədiyim, səthi hesab etdiyim dövr olub. Lakin indi o, daha yaxşı və maraqlı olub.

- Siz səhnədə həddi aşmağa, yumorun "qurşaqdan aşağı" olmasına necə baxırsınız?

- Heç vaxt bunu sevməmişəm. Bizim komandada özünü bayağı göstərməyə heç vaxt imkan verilməyib. Mən belə yumoru təkcə KVN-də deyil, həm də serial və filmlərdə eşidəndə, bu məni sıxır. Bu yumoru normal hesab edən insanlar var. Mən bununla qətiyyən razı deyiləm.

- Tahir İmanov bildirir ki, yumor insanı düşünməyə vadar etməlidir.

- Tamamilə razıyam. Bir var "ha-ha" edəsən, bir də var düşünəsən, özündə nəyisə dəyişməyi, problemi həll etməyi anlayasan, çalışasan. Biz həmişə buna çalışmışıq və rəylərə görə, bu, bizdə alınır. Bu plankanı Tahir indiyədək saxlayır.

- Yaxşı, indi "Musiqi müsabiqəsi" elan edirik. Yubileyə münasibəti musiqi formasında bildirin, oxuyun...

- (Gülür) Mən "Planet parni iz Baku" verilişinin ilk musiqi başlığının rus dilində yazılışında iştirak etmişəm və indi onu oxumağa çalışacağam. O, ilk dəfə efirdə 2010-cu ildə səslənib.

Oxuyur: "Включай скорее свой экран, садись удобно на диван..."

- Sizi artıq İT sahəsinin peşəkarı kimi qəbul edirlər, yoxsa digərləri üçün Azər KVN-çi kimi qalır?

- Xoşbəxtlikdən, qəbul edirlər, lakin KVN elementi istənilən halda qalır. Bir dəfə mən İsrailə işgüzar səfər etməli idim və İsrailin Azərbaycandakı səfirliyinə müraciət etdim. Lakin səfirlikdə səfərimin məqsədini izah edən kimi, mühafizəçi ratsiya ilə kiminləsə əlaqə yaratdı və ivrit dilində məni KVN-çi kimi tqədim etdi. Mən fəaliyyətimlə bağlı zəng edirəm və özümü şirkətlərin əməkdaşlarına təqdim edirəm, lakin görüşən zaman yenə də "A-a-a, KVN-çi"...

- Və bu populyarlıq biznesdə kömək edir?

- Nüanslar olur, lakin daha çox kömək edir.

- KVN komandasının kapitanı olsaydınız, hansı məqsədi qarşıya qoyardınız?

- Çempion olmaq!

- Hər bir KVN komandasının mərkəzi fiquru var. "Bakılı oğlanlar" komandasında "kepkalı Bəhram" olub. Yeni obraz necə olmalıdır?

- Bu obraz yığım prosesi zamanı yaranır, aktyorun potensialı və xarizmasından, bacarıq və intellektindən asılıdır. Məsələn, "kepkalı Bəhram" obrazı əvvəlcədən bizdə olmayıb, onu "Odessa centlmenləri"nin məşhur kapitanı Yan Levinzon təklif edib. Sonrakı tiplər isə artıq komandada formalaşdı. Mən komanda yaratsaydım, ciddi yığım edərdim və dəmir intizam tələb edərdim. 100 faizlik istedad 50 faiz istedad və 50 faiz zəhmətsevərlikdən az "xeyir" verir.

- Yeri gəlmişkən, KVN-nin Yüksək liqasına yığım daha da çətinləşib.

- İndi Yüksək liqaya çıxmaq üçün bir neçə mərhələdən keçməli olan çoxlu gənc komanda var. Mən bu cür yanaşma ilə tam razıyam, çünki "xam komandalar" böyük oyunlara hazır deyillər. Öz üzərində çoxlu işləməlisən. Lakin bu, əla yumor hissi ilə yaxşı komandadırsa, Maslyakov heç vaxt sıxışdırmaz.

- Müasir KVN-çi hansı kriteriyalara uyğun olmalıdır? Çünki zaman öz şərtlərini diktə edir.

- Bütün zamanlarda kriteriyanın əsası - intellektin yüksək səviyyəsi, yaxşı yumor hissi və gülüş olub. Yuli Qusman həmişə deyirdi ki, KVN səhnəsində başlıca müsabiqə 30 saniyə ərzində suallara yumorla cavab verməyin lazım olduğu "Məşq"dir. "Yumor kuboku" zamanı başağrıdıcı mövzulardan biri iştirakçılar tərəfindən bəzi söz və hərflərin düzgün tələffüz edilməməsi olub. Mən qoca kimi deyinirdim ki, gənclər belədir, elədir, lakin ünsüyyət qurmağa başlayanda başa düşdüm ki, onların burada günahı yoxdur. Bunun günahı tərbiyənin başladığı ailə, məktəbdədir. Uşaqlar deyirdilər - axı məktəbdə məni belə öyrədiblər. Deməli, belə müəllimlərə də səhvlərini demək lazımdır. Bu yalnız kiçik nümunədir. Təəssüf ki, gənclərin kitab oxumaq istəyi yoxdur. Deyirlər ki, XXI əsrdir və hər şeyi sosial şəbəkələrlə bağlayırlar. Bəs orada nə baş verir? İnsanlar "cəfəngiyat" yazırlar, kobudluğa görə üzr istəyirəm, keyləşmə gedir.

- Kompüter "qəlbini zəbt edir", çünki canlı ünsiyyət yoxdur.

- Şübhəsiz. Amerikalılar hələ on bundan əvvəl yazırdılar ki, məktəb yaşlı uşaqların psixoloji problemləri yaranıb və onlar virtual dünyadan real dünyaya dönə bilmirlər.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti