...

Azərbaycanlı aktyor Hollivud mükafatı alıb!

Mədəniyyət Materials 15 Mart 2011 15:36 (UTC +04:00)
Gənc azərbaycanlı aktyor Timur Oduşev Hollivudun "Gənc isdedadlar" 32-ci İllik Mükafatının (32nd Annual Young Artist Awards) laureatı olub. О , bu mükafata "Sahə" filmində oynadığı Qərib roluna görə təqdim olunub. Trend-i n məlumatına görə, həmin film Azərbaycandan "Oskar" mükafatına təqdim olunub.
Azərbaycanlı aktyor Hollivud mükafatı alıb!

Azərbaycan, Bakı, 15 mart /Trend , müxbir E.Hüseynzadə /

Gənc azərbaycanlı aktyor Timur Oduşev Hollivudun "Gənc isdedadlar" 32-ci İllik Mükafatının (32nd Annual Young Artist Awards) laureatı olub. О , bu mükafata "Sahə" filmində oynadığı Qərib roluna görə təqdim olunub. Trend-i n məlumatına görə, həmin film Azərbaycandan "Oskar" mükafatına təqdim olunub.

Mükafatlandırma mərasimi martın 13-də Hollivudda keçirilib. Mərasimdə Timur Oduşev və filmin quruluşçu rejissoru İlqar Safat iştirak edib.

"32nd Annual Young Artist Awards"da i ştirak üçün Oduşevin namizədliyinin irəli sürülməsi Hollivudun Xarici Mətbuat və kino tənqidçilərinə "Sahə" filminin nümayişindən sonra Xarici Mətbuat nümayəndələrinin qəraqı ilə qəbul edilib. Film ABŞ-da, Los-Ancelesdəki "Oskar" öncəsi nümayişlər çərçivəsində təqdim olunub.

Müsabiqənin yekun mərhələsində Rusiya, Fransa, İsveç, Azərbaycan, İspaniya, Hollandiya, Braziliya, eləcə də Kanada və Fransanın birgə istehsalı olan filmlər iştirak edib.

" Nərimanfilm" kinostudiyası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, "PaşaBank"ın rəhbərliyinə, bütün Azərnbaycan xalqına "Sahə" (The Precinct) filminin yaradılması, eləcə də "Oskar" kampaniyasında göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.

"Sahə" filmi Azərbaycandan "Xarici dildə ən yaxşı film" kateqoriyasında 83-cü illik "Oskar" mükafatına təqdim edilib.

"Sahə" filmi "Nərimanfilm" (Azərbaycan ) "Gürcüfilm" və "Baqirafilm"in (Gürcüstan ) birgə istehsalı , Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də "Paşabank"ın dəstəyi ilə ərsəyə gəlib.

Filmdə baş rolları Zaza Bejaşvili ( Gürcüstan), Melissa Papel ( Fransa), Vaqiv İbrahimoğlu və Timur Oduşev(hər ikisi Azərbaycan) ifa ediblər. Ssenari müəllifi və rejissor İlqar Safatdır. Operatorlar: Konstantin ( Mindia) Esadze və Varlam Karçxadzedir. Quruluşçu rəssamlar: Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

Xəbər lenti

Xəbər lenti