...

Azərbaycanlı model avtomobilində yana bilərdi

Mədəniyyət Materials 8 İyun 2011 17:45 (UTC +04:00)
Azərbaycanlı model avtomobilində yana bilərdi
Azərbaycanlı model avtomobilində yana bilərdi

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Ötən ayın sonunda evindən 22 000 manat pulu oğurlanan Ruslan Mehdiyev dünən avtomobilini də itirib. Bədlik üz verən model barəsində Trend Life-a ötürülən məlumata görə, hadisə dünən iyunun 7-si axşam saat 23.00 radələrində, Bakının "Vorobski" kimi tanınan Rəsulzadə qəsəbəsində baş verib.

Anasına baş çəkmək üçün sözügedən qəsəbədəki ata evinə gələrkən məhəllələrinə çatan anda heç maşından düşməyə də macal tapmayıb. Belə ki, gözləri önündə "Hunday Sonata" markalı avtomobili od tutub, alışmağa başlayıb.

Ekspertlərin rəyinə görə, yanğın qısa qapanma nəticəsində baş verib. Şok keçirdiyindən, modelin özü ilə əlaqə saxlamağa müvəffəq olmadıq.

Xəbər lenti

Xəbər lenti