...

Aygün Kazımova tozanaq qoparmağa hazırlaşır

Mədəniyyət Materials 26 İyul 2011 17:54 (UTC +04:00)
Azərbaycanın xalq artisti, estradamızın pop-divası Aygün Kazımova bu yay pərəstişkarları qarşısında ilk hesabat konserti ilə çıxış edəcək.
Aygün Kazımova tozanaq qoparmağa hazırlaşır

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın xalq artisti, estradamızın pop-divası Aygün Kazımova bu yay pərəstişkarları qarşısında ilk hesabat konserti ilə çıxış edəcək. Bu barədə Trend-ə konsertin təşkilatçısı, "Endemol Azərbaycan production"ın rəhbəri Sənan Abdullayev məlumat verib.

"30 iyul tarixində Novxanıda yerləşən "Aqua Park" istirahət mərkəzində Aygün Kazımovanın çox fərqli bir konsertini təşkil edəcəyik. Tamaşaçılar həmin gün bir neçə sürprizin şahidi olacaqlar ki, bu da xalq artistinin səhnəni iki tanınmış xarici dj - türkiyəli Özgür Elçi və rusiyalı dj Matreski ilə bölüşməsi olacaq. Konsertdə həmçinin tanınmış reper ABD Malik də çıxış edəcək. "Aygünlü gecə"nin aparıcılığı Space TV-nin tanınmış tele-aparıcısı Lətafət Ələkbərovaya həvalə olunacaq. Tamaşaçılara möhtəşəm və unudulmaz bir gecə vəd edirik", - təşkilatçı belə dedi.

Söhbətimiz zamanı onu da öyrəndik ki, xalq artistinə dəstək məqsədilə Afrika ölkəsi Namibiyada çəkilişləri uğurla tamamlanmış "Extreme" realiti-şousunun iştirakçıları da fəxri qonaq qismində konsertə təşrif buyuracaqlar. Bir sözlə, harada şou-əhli varsa, mütləq tozanaq qopacağına əmin ola bilərsiniz. Odur ki, konsertdə iştirak etmək şansınızı dəyərləndirməyiniz məsləhətdir.

Xəbər lenti

Xəbər lenti