...

Röya açıq sarı saçlarının rəngini dəyişib Bakıya qayıdır (FOTO)

Mədəniyyət Materials 28 İyul 2011 17:08 (UTC +04:00)
Bu günlərdə mətbuatla münasibətlərini yaxşılaşdırıb "Medianın fəxri dostu" diplomu ilə mükafatlandırılan Röya xarici görkəminə yenidən əl gəzdirəcək.
Röya açıq sarı saçlarının rəngini dəyişib Bakıya qayıdır (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Bu günlərdə mətbuatla münasibətlərini yaxşılaşdırıb "Medianın fəxri dostu" diplomu ilə mükafatlandırılan Röya xarici görkəminə yenidən əl gəzdirəcək. Hazırda həm ticarət, həm ziyarət məqsədi ilə qardaş Türkiyədə səfərdə olan müğənni sabah axşam saatlarında Vətənə geri dönəcək.

Trend-ə daxil olan məlumata görə, estetik əməliyyat vasitəsilə may ayında saçlarını uzadan Röya, bu dəfə ağ rəngli saçlarını başqa boya ilə yeniləyəcək. Sürpiz olsun deyə, o, hələ ki bu barədə danışmağı lazım bilmir. Necə deyərlər, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

İmic dəyişkənliyindən əsla çəkinməyən pop ulduz, yay boyunca pərəstişkarlarını sevindirməkdə davam edəcək. Ehtimal olunur ki, Röya Ayxan avqustda istirahət mərkəzlərinin birində yay konserti ilə tamaşaçılar qarşısına çıxacaq.

Xəbər lenti

Xəbər lenti