Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Ş.Cavadsoy/
Heydər Əliyev adına saray məktəblilərin tətil günlərini daha yaddaqalan etməkdən ötrü uşaqlar üçün maraqlı konsert proqramı təşkil edəcək.
Sarayın mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbir noyabrın 14-də "Azad ölkənin şən uşaqları" şüarı altında baş tutacaq. Saat 13:00-da başlayacaq əyləncəli konsertdə "Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Şənlik" və "Azəri inciləri" rəqs və musiqi kollektivləri çıxış edəcəklər.