Azərbaycan, Bakı, 13 mart /Trend/
Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdinkin müsabiqə mahnısı martın 19-da bəlli olacaq.
Trend müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkənin müsabiqə mahnısı BBC-nin rəsmi internet saytında təqdim ediləcək. Saytda mahnı haqqında kiçik klip də nümayiş olunacaq. Mahnının müəllifləri məşhur bəstəkarlar - Martin Terefe və İvor Novellodur.
Qeyd edək ki, Böyük Britaniyanın Bakı səhnəsindəki təmsilçisi Engelbert Hamperdink birbaşa müsabiqənin final mərhələsində çıxış edəcək.