...

"Bookmaker"lərin qalib hesab etdiyi İsveçin Eurovision müsabiqəsindəki təmsilçisi fərqli düşünür

Mədəniyyət Materials 26 Mart 2012 22:57 (UTC +04:00)
İsveçin Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Krister Bjorkman "bookmaker"lərin proqnozuna etibar etməsə də, onların siyahısında olmağı yaxşı hal kimi dəyərləndirir.
"Bookmaker"lərin qalib hesab etdiyi İsveçin Eurovision müsabiqəsindəki təmsilçisi fərqli düşünür

Azərbaycan, Bakı, 26 mart /Trend/

İsveçin Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Krister Bjorkman "bookmaker"lərin proqnozuna etibar etməsə də, onların siyahısında olmağı yaxşı hal kimi dəyərləndirir.

Xatırladaq ki, "bookmaker"lər İsveç təmsilçisi Lorini (Loreen) qaliblər sırasında görür.

Trend-in müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kristofer Bjorkman bildirib ki, "bookmaker"lərin yaxşı proqnozu ifaçını səhnədə özündən əmin olmağa ruhlandırır: "Müğənni isə öz növbəsində əlindən gələni edir ki, onların fikrini doğrultsun. Təbii ki, son nəticə hər zaman gözlənilməzdir. Məsələn, ötən il Fransa aylarla favoritlər siyahısında olsa da, sonda qələbə qazanmadı".

Bəzi ölkələrin, o cümlədən İsveçin builki Eurovision təmsilçisinin digər millətlərə mənsub olması barədə Krister Bjorkmanın öz düşüncəsi var: "Bu gün Avropa özü də müxtəlifdir. Bu baxımdan yeni mədəniyyət səhnədə fərqlilik yaradır. Təbii ki, bu da maraqla qarşılanacaq. Ona görə də mənşə etibarilə digər xalqlardan olan təmsilçi seçimi çox düzgündür".

Xəbər lenti

Xəbər lenti