...

İspaniyanın RTVE televiziyası: Azərbaycandakı "Eurovision" şousu Olimpiya Oyunlarına bənzəyəcək

Mədəniyyət Materials 29 Mart 2012 15:45 (UTC +04:00)
İspaniyanın RTVE internet saytında "Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub.
İspaniyanın RTVE televiziyası: Azərbaycandakı "Eurovision" şousu Olimpiya Oyunlarına bənzəyəcək

Azərbaycan, Bakı, 29 mart /Trend/

İspaniyanın RTVE internet saytında "Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, məqalədə Bakıda yaşayan ispanların "Eurovision 2012" hazırlıqları barədə təəssüratları yer alır. Müəlliflər Azərbaycanı nadir təbiətə və memarlığa sahib "rəssamlıq əsəri" kimi təsvir edir. Onlar öz həmvətənlərinə Azərbaycanın son illər ərzində sürətli iqtisadi və mədəni yüksəlişi barədə də danışırlar. Müxtəlif sahələrdə çalışan ispanlar azərbaycanlıları dostsevər, mülayim insanlar kimi səciyyələndirirlər.

Məqalədə bu ekzotik, günəşli ölkənin zəngin mənəvi irsindən söhbət açılır: "İçərişəhərin labirint dalanlarını gəzin, hər cür yeməkdən zövq alın". Onlar dostlarına həm də Bakı Bulvarına getməyi tövsiyə edirlər. Məqalə müəllifləri oxuculara İçərişəhər, "Yanar Dağ" və palçıq vulkanlarının onları təəccübləndirəcəyini deyir. Bakıda yaşayan ispanların fikrincə, Azərbaycandakı 57-ci "Eurovision" mahnı müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə Dünya çempionatı kimi bir şouya çevriləcək.

Məqalədə Azərbaycanlıların müsabiqəyə bayram əhval-ruhiyyəsində hazırlıq gördükləri bu cür qələmə köçürülüb - "Onlar buna çox şaddırlar və onu ölkələri üçün əhəmiyyətli hesab edirlər".

Xəbər lenti

Xəbər lenti