...

Azərbaycanda əhalinin "Eurovision"a marağını artırmaq üçün müxtəlif tədbirlər keçiriləcək (FOTO)

Mədəniyyət Materials 9 Aprel 2012 10:44 (UTC +04:00)
Azərbaycanda əhalinin "Eurovision"a marağını artırmaq üçün müxtəlif tədbirlər keçiriləcək
Azərbaycanda əhalinin "Eurovision"a marağını artırmaq üçün müxtəlif tədbirlər keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/

"Eurovision" Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubu yaxın 2 ay ərzində insanlar arasında müsabiqəyə marağı artırmaq məqsədilə bir sıra orijinal aksiyalar, FlashMob`lar, konsertlər, sosial şəbəkələrdə viktorinalar, sorğular və bu istiqamətdə təbliğat xarakterli tədbirlər həyata keçirəcək.

Fan Klubdan bazar ertəsi Trend-ə verilən məlumata görə, Fan Klub son ay ərzində 50-dən çox tədbir və aksiya keçirib.

Son bir ay ərzində Fan Klubu Murad Dadaşov, Səbinə Babayeva, Eldar Mansurov, Fəxrəddin Manafov, Coşqun Rəhimov, Rafael Ağayev, Çingiz Mustafayev (DJ Çina), Murad Sadıx, Ədalət Şükürov, Hüsniyə Məhərrəmova, Fərhad Bədəlbəyli və Cəmil Əmirov kimi şəxslər dəstəkləyiblər.

Məlumatda bildirilib ki, Fan Klubu dəstəkləyən insanların sayı günü-gündən artır. Facebook sosial şəbəkəsində Fan Klubu izləyənlərin sayı 22 000, Youtube-da 51 000, Twitter-də 700 nəfərdən çoxdur.

Youtube: http://www.youtube.com/watch?v=Zo8uFPGtGH8&feature=youtu.be

Facebook: http://www.facebook.com/eurovisionbakuwesupport?ref=ts

Xəbər lenti

Xəbər lenti