...

Eldar Qasımov: "Eurovision" mahnı müsabiqəsinin aparıcısı olmaq olduqca məsuliyyətli işdir

Mədəniyyət Materials 25 Aprel 2012 16:11 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin aparıcısı olmaq olduqca məsuliyyətli işdir, çünki bu müsabiqənin auditoriyası 100 milyon nəfərdən çox olur.
Eldar Qasımov: "Eurovision" mahnı müsabiqəsinin aparıcısı olmaq olduqca məsuliyyətli işdir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir V.İmanov/

"Eurovision 2012" mahnı müsabiqəsinin aparıcısı olmaq olduqca məsuliyyətli işdir, çünki bu müsabiqənin auditoriyası 100 milyon nəfərdən çox olur. Bunu çərşənbə günü Trend-ə "Eurovision 2011" müsabiqəsinin qalibi Eldar Qasımov deyib.

"Bu cür mötəbər tədbirin aparıcısı olmaq çox məsuliyyətlidir və bəzən şübhələnərək özümə sual verirəm: bacara biləcəyəm? İlk dəfə aparıcı qismində, özü də belə bir möhtəşəm mahnı bayramında? Sonra isə tez özümə gəlir və deyirəm ki, mən sadəcə öz işimdən zövq alıram və o zaman iş yaşamaq istədiyim və sevdiyim həyatıma çevrilir!" - Qasımov əlavə edib.

Özünü xöşbəxt sayan Eldar Qasımov bildirib ki, həyatda qarşısına çıxdığı çətin vəzifələrin öhtdsindən gəlməyi sevir.

"Aparıcı olmaq məmin üçün çox yenidir və bilirəm ki, yaxın gələcəkdə bir çox şey öyrənəcəyəm. Çünki mənimlə gözəl insanlar və böyük mütəxəssislər işləyir, həmçinin yanımda həmişə gözəl qız aparıcılar olur. Mən artıq onları yaxından tanımağa başlamışam. İnsanları, onların xarakter və vərdişlərini öyrənməyi sevirəm. Pərəstişkarlarım və gözəl auditoriya ilə ən saf, səmimi emosiyalarımı bölüşməyi daha çox sevirəm", - Qasımov deyib.

Xəbər lenti

Xəbər lenti