...

Bakıda güllərin sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 2 May 2012 12:38 (UTC +04:00)
Bakının Səbail rayonunda çərşənbə günü gül bayramına həsr olunmuş sərgi keçirilib.
Bakıda güllərin sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, aprel / Trend müxbir M.Əliyev/

Bakının Səbail rayonunda çərşənbə günü gül bayramına həsr olunmuş sərgi keçirilib.

Trend-in məlumatına görə, güllərdən ibarət sərginin hazırlanmasında Səbail rayonu ərazisində yerləşən orta ümumtəhsil və musiqi məktəblərinin şagirdləri iştirak ediblər.

Gül sərgisində müxtəlif ölkələrdən gətirilmiş güllərdən hazırlanmış ekspozisiyalar, həmçinin güllərlə bəzədilmiş lövhələr nümayiş olunub. Təqdim olunan kompozisiyalar içərisində daha çox Ümummilli lider Heydər Əliyevə həsr olunmuş əsərlər yer alıb.

Həmçinin "Eurovision 2012" mövzusunda hazırlanmış ekspozisiyalar və güllərdən düzəldilmiş Qız Qalası maketləri diqqəti cəlb edib.

Gül sərgisi konsert proqramı ilə davam edib.

Xəbər lenti

Xəbər lenti