...

Yan Ola Sand: Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranıb

Mədəniyyət Materials 13 May 2012 13:51 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəhbəri Yan Ola Sandın Eurovision sevərlərə müraciət edib.
Yan Ola Sand: Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranıb

Azərbaycan, Bakı, 13 may /Trend/

Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəhbəri Yan Ola Sandın Eurovision sevərlərə müraciət edib. Bu barədə Trend eurovision.az saytına istinadən məlumat verir.

"Salam, Avropa! Azərbaycan dördüncü cəhdindən sonra keçən il Eurovision Mahnı Müsabiqəsinin qalibi oldu. Eldar və Nigar "Running Scared" mahnısı ilə Avropa izləyicilərinin və peşəkar münsiflər heyətinin ürəklərini fəth etdi.

Azərbaycan Eurovision Mahnı Müsabiqəsi arealının ən şərqində yerləşən ölkədir. Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranıb. Bura ta qədimdən "Odlar Yurdu" kimi tanınır. Azərbaycanın "Odlar diyarı" olduğunu əks etdirmək və Eurovision ab-havasını yaşatmaq üçün builki müsabiqə "Light Your Fire!" şüarı altında keçiriləcək.

Harada keçirilməyindən asılı olmayaraq, nəhəng Eurovision Mahnı Müsabiqəsi layihəsinin cəmi bir il müddətində ərsəyə gəlməsi böyük səy tələb edir. Təşkilatçı-yayımçı İctimai Televiziya Avropa Yayımları Birliyi (EBU) və müxtəlif yerli, eləcə də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq nəticəsində üç heyrətamiz şoudan ibarət yaddaqalan bir müsabiqə hazırlayıb.

İctimai TV-nin İşçi Qrupuna, tərəfdaşlara və sponsorlara ötən bir il ərzindəki gərgin əməklərinə görə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Sizə - Eurovision Mahnı Müsabiqəsinə ifaçı, nümayəndə heyəti, könüllü, jurnalist, fanatlar və ya televiziya tamaşaçısı kimi qatıldığınız üçün minnətdaram.

Sonda 42 ölkənin bütün təmsilçilərinə uğurlar arzulayıram. Bu səhnə səbirsizliklə sizin gözəl çıxışınızı gözləyir", müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti