...

Bu gün sonuncu ölkə “Bakı Kristal Zalı”nda repetisiya keçirib (FOTO)

Mədəniyyət Materials 13 May 2012 22:05 (UTC +04:00)
Bu gün son olaraq Finlandiyanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən Pernilla Karlsson “Bakı Kristal Zalı”nda müsabiqədə ifa edəcəyi “När Jag Blundar” mahnısının ilk repetisiyasını keçirib.
Bu gün sonuncu ölkə “Bakı Kristal Zalı”nda repetisiya keçirib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/

Bu gün son olaraq Finlandiyanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən Pernilla Karlsson "Bakı Kristal Zalı"nda müsabiqədə ifa edəcəyi "När Jag Blundar" mahnısının ilk repetisiyasını keçirib.

Trend-in məlumatına görə, repetisiyadan sonra Pernilla mətbuat konfransı keçirərək öz təəsüratlarını yerli və xarici jurnalistlərlə bölüşüb.

Bakıda olmağından şad olduğunu deyən müğənni müsabiqənin keçirildiyi arenanın çox gözəl təşkil olunduğunu diqqətə çatdırıb.

O, müsabiqədə iştirak etməyin hər bir müğənni üçün gözəl bir şans olduğunu diqqətə çatdıraraq finala çıxmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Bununla bu günki repetisiyalar sona yetib. Qeyd edək ki, bu gün "Bakı Kristal Zalı"nda "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.

Gün boyu davam edən məşqlərdə Çernoqoriya, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edib.

Sabah məşqlər davam edəcək və məşqlərdə İzrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyadan olan təmsilçilər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti