...

Şotlandiyalı professor “Eurovision-2012”-ni fantastik şou adlandırıb

Mədəniyyət Materials 28 May 2012 19:14 (UTC +04:00)
“Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün Bakıya qonaq gəlmiş şotlandiyalı professor İan Buick bir həftə ərzində Azərbaycanda gördüklərindən məmnun qalmışdır.
Şotlandiyalı professor “Eurovision-2012”-ni fantastik şou adlandırıb

Azərbaycan, Bakı, 28 may /Trend/

"Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Bakıya qonaq gəlmiş şotlandiyalı professorİan Buick bir həftə ərzində Azərbaycanda gördüklərindən məmnun qalmışdır.

"Mən bu ölkədə gedən inkişafa, paytaxt Bakının gözəlliyinə heyran oldum", deyə Buick Trend-ə bildirib.

Şotlandiyalı qonaq ölkənin böyük sıçrayışla inkişafa qədəm qoyduğunu da bildirib.

Professor İan Bucik izlədiyi "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycanın bu böyük beynəlxalq tədbiri yüksək təşkilatçılıqla həyata keçirdiyini qeyd etmiş və jurnalistlərə müsahibəsini bu sözlərlə yekunlaşdırıb: "Fantastik şou idi, Azərbaycan özü də fantastik ölkədir, "Baku Crystal Hall"a isə söz ola bilməz"

Xəbər lenti

Xəbər lenti