...

Türkiyənin məşhur müğənnisi Azərbaycanda ön cəbhədə konsert verəcək

Mədəniyyət Materials 28 İyul 2012 13:50 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Umid Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu İctimai Birliyi Ramazan ayında ölkəmizin ön cəbhəsində - Tərtərdə qulluq edən əsgərlər üçün sabah tədbir və konsert proqramı hazırlayıb.
Türkiyənin məşhur müğənnisi Azərbaycanda ön cəbhədə konsert verəcək

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycanın millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Umid Mirzəyevin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu İctimai Birliyi Ramazan ayında ölkəmizin ön cəbhəsində - Tərtərdə qulluq edən əsgərlər üçün sabah tədbir və konsert proqramı hazırlayıb.

Trend-in məlumatına görə, Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıq ön cəbhədə əsgər və hərbiçilərimiz qarşısında çıxış edəcək. Türkiyəli dövlət sənətçisi Nursaç Doğanişıq Ramazan ayının daşıdığı ülvi duyğulara, Vətənə, millətə, Türk dünyasına, sevgiyə, ilahi sevgiyə aid mahnılara üstünlük verəcək.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Aşıq Şəmşir Mədəniyyət Ocağı Bərdə və ətraf rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri, müharibə veteranları və onların ailələri üçün də tədbir və konsert proqramı hazırlayıb.

Həmin tədbir çərçivəsində Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıq Bərdədə qaçqın və məcburi köçkün ailələrinin nümayəndələri, şəhid ailələri, Milli Qəhrəman ailələri və müharibə veteranları (onların ailələri) qaşısında konsert proqramı ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti