...

Şakira məşq üçün "Bakı Kristal Zalı"na gedib (FOTO)

Mədəniyyət Materials 10 Oktyabr 2012 19:40 (UTC +04:00)
Dünya şöhrətli müğənni Şakira öz kollektivi ilə birlikdə "Four Seasons" hotelindən "Bakı Kristal Zalı"na yola düşüb.
Şakira məşq üçün "Bakı Kristal Zalı"na gedib (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Dünya şöhrətli müğənni Şakira öz kollektivi ilə birlikdə "Four Seasons" hotelindən "Bakı Kristal Zalı"na yola düşüb.

Trend-in məlumatına görə, Şakira şənbə günü - oktyabrın 13-də 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının bağlanış mərasimində möhtəşəm şou ilə çıxış edəcək.

Müğənni bazar günü isə "Eurovision" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nda konsert proqramı ilə çıxış edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl müğənni özünün "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirmişdi ki, oktyabrın 13-14-də Bakıdakı çıxışını səbirsizliklə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti