...

XIX əsr Azərbaycan şairi ilə bağlı yeni tapıntı

Mədəniyyət Materials 22 Oktyabr 2012 13:08 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu XIX əsr Azərbaycan şairi Sədi Sani Qarabağiyə aid yeni divan surətini əldə edib.
XIX əsr Azərbaycan şairi ilə bağlı yeni tapıntı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu XIX əsr Azərbaycan şairi Sədi Sani Qarabağiyə aid yeni divan surətini əldə edib.

İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan şairi Sədi Sani Qarabağinin 116 vərəqdən ibarət 1888-ci ildə Həsən Əlizadə tərəfindən gözəl nəstəliq xətti ilə köçürülmüş azərbaycanca lirik şeirlər toplusu divanının surəti Ankara Milli Kitabxanasından tapılıb.

Divanda şairin farsca bəzi şeirləri də var. Əldə edilmiş bu surət adı XIX əsr poeziyamıza təriqət şairi kimi düşmüş Sədi Sani Qarabağinin əsərlərini ilk dəfə tam şəkildə tədqiq və çap etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti