Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Dünya Azərbaycanlı Gənclər Birliyi növbəti layihəyə start verib. Belə ki, layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri, fondları ilə əlaqə yaradılaraq, Azərbaycan dilinə tərcümə və nəşr olunmuş əsərlər həmin yazıçı və şairlərin ev muzeylərinə göndərilərək Azərbaycan guşələri yaradılacaq.
Birlikdən Trend-ə verilən məlumata görə, bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohan Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. yazıçı və şairlər daxildir.
Layihənin məqsədi həmin ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.
Layihə davamlı və genişmiqyaslı xarakter daşıyır.