Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Azərbaycanın Uşaq Eurovision Mahnı Müsabiqəsinin təmsilçiləri və nümayəndə heyəti dünən Niderlandın paytaxtı Amsterdama çatıb. Onlar bu ölkədə yaşayan azərbaycanlılar və tədbirin təşkilatçıları tərəfindən böyük sevinclə qarşılanıb.
İctimai Televiziyadan Trend-ə verilən məlumata görə, bu gün isə Azərbaycan təmsilçiləri Ömər və Suada Uşaq Eurovision Mahnı Müsabiqəsinin himni üçün səsyazma studiyasında olublar. Səsyazma uğurla başa çatıb. Təmsilçilərimiz ilk məşqlərə başlayıblar.
Gün ərzində Ömər və Suada müsabiqəni işıqlandırmaq üçün dünyanın müxtəlif yerlərindən Amsterdama gələn media nümayəndələrinə müsahibələr veriblər.
Xatırladaq ki, bu gün "Mercury" hotelində Uşaq Eurovision Mahnı Müsabiqəsinin təntənəli açılış mərasimi olacaq və bununla da müsabiqəyə start veriləcək.