...

Azərbaycanın tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılması davam edir

Mədəniyyət Materials 22 Yanvar 2013 15:32 (UTC +04:00)
Azərbaycan mədəniyyət və turizm nazirinin müvafiq tapşırığına, əsasən ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb.
Azərbaycanın tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılması davam edir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan mədəniyyət və turizm nazirinin müvafiq tapşırığına, əsasən ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, bu məqsədlə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanıb və onlara Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları tərəfindən müsbət rəy verilib. İlkin mərhələdə 234 tarix və mədəniyyət abidəsinin pasportlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə olaraq kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb. Bu müddət ərzində 1000-dən artıq abidənin sənədləşdirilməsi həyata keçirilib.

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət siyahısında dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6308 tarix və mədəniyyət abidəsi yer alır. Bundan əlavə, təxminən 2000-ə yaxın yeni aşkar olmuş statusa malik olan abidə var ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti