Azərbaycan, Bakı, 14 fevral /Trend/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi və "Azanfilm" cizgi filmləri studiyasının cari ilin fevralın 11-15-də keçirdikləri Cizgi Filmləri Həftəsinin yekun tədbiri olaraq, 15 fevral saat 10:00-da Nizami Kino Mərkəzində cizgi filmləri bayramı təşkil ediləcək.
Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, uşaq evləri və internat məktəblərinin şagirdləri üçün keçiriləcək tədbirdə uşaq özfəaliyyət kollektivləri və peşəkar aktyorlar, klounlar çıxış edəcək, balaca kinosevərlərə son illərdə Azərbaycanda çəkilmiş "Səmada şəkil", "Siçan və pişik", "İt sərgisi" "Balaca ev" və başqa yeni cizgi filmləri nümayiş etdiriləcək.