...

Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb

Mədəniyyət Materials 15 May 2013 18:16 (UTC +04:00)
2013-cü il mayın 15-dən 26-dək Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçiriləcək. Festival Avstraliya rejissoru Baz Lurmanın "Dahi Qetsbi" filmi (baş rolda Leonardo Di Kaprio) ilə açılacaq.
Kann kinofestivalında Azərbaycan pavilyonu açılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may /Trend/

2013-cü il mayın 15-dən 26-dək Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçiriləcək. Festival Avstraliya rejissoru Baz Lurmanın "Dahi Qetsbi" filmi (baş rolda Leonardo Di Kaprio) ilə açılacaq.

Trend Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, müsabiqə proqramına Nikolas Vindinq Refn, Roman Polanski, Fransua Ozan kimi rejissorların filmləri də daxildir. Festivala fransalı rejissor Jerome Sallenin "Zulu" kriminal trilleri ilə yekun vurulacaq.

Ekran əsərlərini məşhur Amerika rejissoru və prodüseri Stiven Spilberqin başçılıq etdiyi münsiflər heyəti dəyərləndirəcək. Heyətə hindistanlı aktrisa Vildya Balan, yapon rejissor Naomi Kavase, amerikalı aktrisa Nikol Kidman və başqaları daxildir.

Ölkəmiz ötən il olduğu kimi, bu il də festivalda öz pavilyonu ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.

Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcək. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və videoçarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti