Azərbaycan, Bakı, 27 iyul /Trend/
Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Şəfiqə Axundova ilə vida mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərhumun cənazəsi vidalaşmaq üçün Azərbaycan Dövlət Mahnı Teatrının binasında qoyulub.
Mərasimdə mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış incəsənət və mədəniyyət xadimləri, bəstəkarın yaxınları iştirak ediblər.
Bəstəkar son mənzilə alqışlarla yola salınıb.
Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova 2013-cü il iyulun 26-da ömrünün 90-cı ilində vəfat edib.