...

Xalq şairi Nigar Rəfibəylinin yubiley gecəsinin vaxtı dəyişdirilib

Mədəniyyət Materials 17 Oktyabr 2013 16:06 (UTC +04:00)
2013-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 ili tamam olur.
Xalq şairi Nigar Rəfibəylinin yubiley gecəsinin vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2013-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 ili tamam olur.

Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı 4 mart 2013-cü il tarixli sərəncam imzalayıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, sərəncamın icrasına uyğun olaraq nazirliyin təşkilatçılığı ilə cari ilin oktyabr ayında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi nəzərdə tutulan yubiley gecəsinin vaxtı dəyişdirilərək noyabr ayına keçirilib.

Tədbirin dəqiq vaxtı və proqramı haqqında mətbuata ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti