...

"Yeni istedad" layihəsinə start verilir

Mədəniyyət Materials 23 Dekabr 2013 12:49 (UTC +04:00)
"Osmanlı Film", "Azərbaycanfilm", "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti, "İRƏLİ" İctimai Birliyi, 19 qrup, 28 Cinema və "İlkmedia"nın birgə təşkilatçılığı ilə "Yeni İstedad" layihəsinə start verilir.
"Yeni istedad" layihəsinə start verilir

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

"Osmanlı Film", "Azərbaycanfilm", "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti, "İRƏLİ" İctimai Birliyi, 19 qrup, 28 Cinema və "İlkmedia"nın birgə təşkilatçılığı ilə "Yeni İstedad" layihəsinə start verilir. Trend-in məlumatına görə, bu barədə "İRƏLİ" İctimai Birliyinin layihənin təqdimatı ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verilib.

Konfransda layihənin gedişatı və qaydaları haqqında ətraflı məlumat verilib.

Layihənin məqsədi istedadlı və bacarıqlı insanların üzə çıxarılması, film və teatr səhnələrinə yeni istedadların cəlb olunmasını təmin etməkdir.

Qeyd edək ki, layihəyə 7 yaşından 77 yaşa qədər özünə güvənən hər kəs qatıla bilər. Yeni istedadların seçimləri bir neçə mərhələdən ibarət olacaq. Seçilənlər peşəkar aktyorlar tərəfindən master-klasslar alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti