...

Yunanıstanın Aİ Şurasında sədrliyi ilə əlaqədar Bakıda konsert keçiriləcək

Mədəniyyət Materials 22 Yanvar 2014 12:09 (UTC +04:00)
Yunanıstanın Bakıdakı səfirliyi ölkənin Avropa İttifaqı Şurasında sədrliyi münasibətilə yanvarın 29-da konsert proqramı keçirəcək.
Yunanıstanın Aİ Şurasında sədrliyi ilə əlaqədar Bakıda konsert keçiriləcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əhmədova/

Yunanıstanın Bakıdakı səfirliyi ölkənin Avropa İttifaqı Şurasında sədrliyi münasibətilə yanvarın 29-da konsert proqramı keçirəcək. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Konsert proqramında "Trio Elegeia" qrupunun ifasında görkəmli yunan bəstəkarları - Manos Hacidakis, Nikos Skalkotas və Mikis Theodorakisin əsərləri ifa ediləcək.

Konsert Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti