...

"Nar Mobile" milli musiqiyə dəstək verməyə davam edir (FOTO)

Mədəniyyət Materials 12 Fevral 2014 15:42 (UTC +04:00)
"Nar Mobile" mobil operatorunun sponsorluğu ilə məşhur xanəndə Fərqanə Qasımovanın ilk CD-diskinin təqdimat mərasimi keçirilib.
"Nar Mobile" milli musiqiyə dəstək verməyə davam edir (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"Nar Mobile" mobil operatorunun sponsorluğu ilə məşhur xanəndə Fərqanə Qasımovanın ilk CD-diskinin təqdimat mərasimi keçirilib.

Azərbaycan xalqının mədəni irsinə bağlılığı ilə fərqlənən "Nar Mobile" mobil operatoru milli musiqiyə dəstək verməyə davam edir. Şirkətdən Trend-ə verilən məlumata görə, milli mədəniyyət nümunələrini hər zaman diqqət mərkəzində saxlayan mobil operator bu dəfə məşhur xanəndə və əməkdar artist F.Qasımovanın ilk solo-diskinin təqdimat mərasiminin sponsorluğunu öz üzərinə götürüb.

"Nar Mobile" mobil operatoru və "SS Production" reklam agentliyinin dəstəyi ilə Avstriyanın "Sony DADC" şirkətində istehsal edilən "Yalnız ona doğru" adlı 11 mahnıdan ibarət musiqi albomunun təqdimat mərasimi fevralın 11-də keçirilib. Tanınmış incəsənət xadimləri, ziyalılar və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər arasında olan "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai məşhur xanəndənin ilk albomunun təqdimat mərasiminin sponsoru olmaqdan böyük qürur hissi duyduqlarını və "Nar Mobile" mobil operatorunun gələcəkdə də bu kimi milli-mənəvi əhəmiyyətli layihələrə dəstək verməyə davam edəcəyini bildirib.

Xatırladaq ki, xanəndə F.Qasımova 20 ilə yaxındır ki, atası - dünya şöhrətli muğam ifaçısı Alim Qasımovla birgə Azərbaycan musiqisini ən yüksək səviyyədə təmsil etməkdədir. Bu dövr ərzində F.Qasımova yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük rəğbət qazanmağa müvəffəq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti