...

Vaqif Nağıyev yenə səsi ilə hamını heyran etdi (VİDEO)

Mədəniyyət Materials 14 Aprel 2014 14:21 (UTC +04:00)
"Voice" musiqi şousunun Ukraynadakı versiyası olan "Qolos Krainı" müsabiqəsində çıxış edən soydaşımız Vaqif Nağıyev yenə çıxışı ilə münsiflər heyəti və zalı heyran edib.
Vaqif Nağıyev yenə səsi ilə hamını heyran etdi (VİDEO)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

"Voice" musiqi şousunun Ukraynadakı versiyası olan "Qolos Krainı" müsabiqəsində çıxış edən soydaşımız Vaqif Nağıyev yenə çıxışı ilə münsiflər heyəti və zalı heyran edib.

Trend xəbər verir ki, 18 yaşlı Vaqif səhnədə Queen qrupunun "Show must go on" mahnısını digər iştirakçı Anna Sklyar ilə duet şəklində ifa edib.

Münsiflər heyətinin üzvü Ani Lorakın dediyinə görə, Vaqif Nağıyevin ifasından çox razıdır: "O mahnını ifa etmir, mahnını yaşayır".

Şouda V. Nağıyevin müəllimi Rusiya və Gürcüstanın xalq artisti Tamara Qverdsitelidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti