Azərbaycan, Bakı, 16 may /Trend/
Mayın 27-sində Azərbaycanın Xalq artisti Alim Qasımovun Təbriz şəhərində konserti keçiriləcək. Trend-in məlumatına görə, bunu sənətkarın İran proqramları üzrə meneceri Xosrov Sərtipi öz Facebook səhifəsində bildirib.
Xatırladaq ki, dünya şöhrətli xanəndə mayın 13-də Tehranda konsert verib.