...

Alim Qasımovun Təbriz konserti təxirə salındı

Mədəniyyət Materials 19 May 2014 16:54 (UTC +04:00)
Azərbaycanın xalq artisti Alim Qasımovun Təbriz şəhərində mayın 27-nə planlaşdırılmış konserti təxirə salınıb.
Alim Qasımovun Təbriz konserti təxirə salındı

Azərbaycan, Bakı, 19 may /Trend/

Azərbaycanın xalq artisti Alim Qasımovun Təbriz şəhərində mayın 27-nə planlaşdırılmış konserti təxirə salınıb.

Trend İranın "Fars" xəbər agentliyinə istinadən məlumat verir ki, bunu sənətkarın İran proqramları üzrə meneceri Xosrov Sərtipi bildirib.

O deyib ki, sənətkarın təcili səfəri səbəbindən konsert proqramı Ramazan ayından sonraya qədər təxirə salınıb.

Xatırladaq ki, dünya şöhrətli xanəndə mayın 13-də Tehranda konsert verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti