...

İslam Konfransı Gənclər Forumu İstanbulda "Photo-4-tolerance" layihəsinin təqdimatını keçirib (FOTO)

Mədəniyyət Materials 23 May 2014 15:11 (UTC +04:00)
İstanbulda İslam Konfransı Gənclər Forumu (İKGF) tərəfindən "Photo-4-tolerance" adlı fotolayihənin təqdimatı keçirilib.
İslam Konfransı Gənclər Forumu İstanbulda "Photo-4-tolerance" layihəsinin təqdimatını keçirib (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

İstanbulda İslam Konfransı Gənclər Forumu (İKGF) tərəfindən "Photo-4-tolerance" adlı fotolayihənin təqdimatı keçirilib.

Forumdan Trend-ə verilən məlumata görə, İstanbulda "Photo-4-tolerance" adlı fotomüsabiqə layihəsinin təqdimat mərasimi keçirilib. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən bu beynəlxalq layihəyə bu ilin mart ayından start verilib.

Ötən gün isə İstanbulda BMT və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı aparıcı beynəlxalq təşkilatların iştirakı ilə İKGF tərəfindən təşkil olunan tədbirdə bu layihənin rəsmi təqdimat mərasimi keçirilib. 2 ildən bir baş tutan BMT-İƏT qurumları koordinasiya görüşü çərçivəsində keçirilən tədbirlərdə baş tutan təqdimat mərasimində BMT tərəfindən BMT İnkişaf Proqramı, UNESCO, Dünya Turizm Təşkilatı, UNICEF, İƏT tərəfindən isə İslam İnkişaf Bankı, ISESCO və IRSICA da daxil olmaqla ümumilikdə 30-dan artıq beynəlxalq qurumun 100-dək nümayəndəsi iştirak edib. Təqdimatda İKGF tərəfindən layihənin məqsədi, həmçinin müsabiqənin şərtləri haqqında geniş məlumat verilib.

Layihə gənclər arasında mədəni və dini müxtəliflik sahəsində tolerantlıq ideyalarının təbliğinə və sivilizasiyalararası sülhün bərqərar olmasına yönəlib. Müsabiqədə iştirak edəcək gənclər tolerantlıq və sülh çağırışlarını təmsil etdikləri mədəni və dini simvolları əks etdirməklə fotoşəkillər vasitəsilə ifadə etməlidirlər. Bu günə gədər 50-dən çox həvəskar gənc fotoqraf musabiqənin saytında qeydiyyatdan keçib və fotolarını göndəriblər.

İƏT Gənclər Forumu ilə BMT Sivilizasiyalar Alyansının birgə təşəbbüsü olan müsabiqənin sonunda peşəkar fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən əsas 6 və 2 həvəsləndirici qalibin müəyyən edilməsi nəzərdə tutulur. Bu il keçirilməsi nəzərdə tutulan təltifetmə mərasimində qaliblər pul mükafatı və professional fotoavadanlıqla təltif ediləcəklər. Qaliblərin seçimində gənclər də sosial şəbəkələrdə təşkil olunacaq səsvermə vasitəsilə iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti