...

Məşhur müğənni Radmila Karaklaiç Bakıda səfərdə olacaq

Mədəniyyət Materials 30 May 2014 20:11 (UTC +04:00)
2014-cü il 4-7 iyun tarixlərində Yuqoslaviya və Serbiyanın xalq artisti, tanınmış estrada müğənnisi Radmila Karaklaiçin Bakıya səfəri nəzərdə tutulub.
Məşhur müğənni Radmila Karaklaiç Bakıda səfərdə olacaq

Azərbaycan, Bakı, 30 may /Trend/

2014-cü il 4-7 iyun tarixlərində Yuqoslaviya və Serbiyanın xalq artisti, tanınmış estrada müğənnisi Radmila Karaklaiçin Bakıya səfəri nəzərdə tutulub. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

R.Karaklaiç XX əsrin 1960-1980-ci illərində dəfələrlə Azərbaycanda qastrol səfərində olub. O zamanlar sənətçinin konsertləri böyük uğur qazanıb, pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb.

Səfərin Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq müğənni üçün maraqlı səfər proqramı hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti