...

UNESCO-da ilk sivilizasiya məkanı Qobustana həsr olunan tədbir keçiriləcək

Mədəniyyət Materials 11 Sentyabr 2014 10:35 (UTC +04:00)
Sentyabrın 19-dək davam edəcək sərgidə qayaüstü təsvirləri, mağaraları əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.
UNESCO-da ilk sivilizasiya məkanı Qobustana həsr olunan tədbir keçiriləcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Sentyabrın 15-də Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qurumun mənzil-iqamətgahında eramızdan 35-34 min əvvəlki dövrə təsadüf edən ilk sivilizasiya məkanı Qobustan ilə bağlı tədbir keçiriləcək.

Trend AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə bəstəkar Fərəc Qarayevin ibtidai icma dövründə yaşamış insanların həyatından bəhs edən " Qobustan " baleti göstəriləcək. Balet " Od", "Günəş", "Ov" və " Rəssam" adlı dörd hissədən ibarətdir.

Həmin gün 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilən Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr edilən sərginin rəsmi açılışı olacaqdır.

Sentyabrın 19-dək davam edəcək sərgidə qayaüstü təsvirləri, mağaraları əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti