...

Xəzangül Hüseynova: Gəncə ədəbi mühitinin şöhrətini geri qaytarmağa çalışacağam

Mədəniyyət Materials 20 Sentyabr 2014 16:22 (UTC +04:00)
"Gəncə ədəbi mühiti daim şöhrəti ilə seçilib və bu şöhrəti geri qaytarmağa çalışacağam".
Xəzangül Hüseynova: Gəncə ədəbi mühitinin şöhrətini geri qaytarmağa çalışacağam

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

"Gəncə ədəbi mühiti daim şöhrəti ilə seçilib və bu şöhrəti geri qaytarmağa çalışacağam". Trend-in məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilən şairə Xəzangül Hüseynova deyib.

X.Hüseynova bu vəzifəyə seçilməklə üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində təşkil edilən tədbirdə AYB-nin Gəncə bölməsinin yeni sədri ədəbi ictimaiyyətə təqdim edilib. Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şairə Xəzangül Hüseynovanın Gəncə, o cümlədən respublikada tanınıb sevildiyini, Gəncə ədəbi mühitinin də Xəzangül xanımı qəbul etməyə hazır olduğunu bildirib: "Yazıçılar Birliyi elə təşkilatlardandır ki, onun nüfuzu orda çalışan insanların tanınmağından və nüfuzundan asılıdır. Xəzangül xanım da elə insanlardandır. Şairə uzun illərdir ki, Gəncə və Azərbaycan miqyasında tanınıb. Xaricdə və Azərbaycanda çoxlu əsərləri çap olunub. Xəzangül xanım indiki dönəmdə Gəncə ədəbiyyatını Azərbaycan miqyasında, dünya miqyasında təmsil edə biləcək ən uğurlu simalardandır".

Tədbirdə çıxış edən Gəncə ədəbi mühitinin yazarları seçimin düzgün olduğunu, şairə Xəzangül Hüseynovanın AYB-nin Gəncə bölməsini layiqincə təmsil edəcəyinə əminliklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti