...

Azərbaycan filmi beynəlxalq festivalda ən yaxşı turizm filmi mükafatına layiq görülüb (FOTO)

Mədəniyyət Materials 10 Oktyabr 2014 15:01 (UTC +04:00)
Azərbaycan filmi VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında ən yaxşı turizm filmi mükafatına layiq görülüb.
Azərbaycan filmi beynəlxalq festivalda ən yaxşı turizm filmi mükafatına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan filmi VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında ən yaxşı turizm filmi mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SILAFEST - VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın "Azərbaycan: Şərqin Avropa cazibəsi" adlı filmi ən yaxşı turizm filmi mükafatına layiq görülüb.

Bundan başqa, Kanadanın Monreal şəhərində Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə "Azərbaycan film festivalı" keçirilib.

Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası tərəfindən Konkordiya Universiteti və Monreal Savalan Mədəniyyət Qrupu ilə birgə təşkil edilmiş, üç gün davam edən festivalda Kanada tamaşaçılarına "Sahə", "Qala", "Sarı gəlin", "Xoca", "Hökmdarın taleyi" və "40-cı qapı" kimi Azərbaycan filmləri nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti