...

Alim Qasımov Tehranda konsert verəcək

Mədəniyyət Materials 3 Yanvar 2015 09:28 (UTC +04:00)
Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək.
Alim Qasımov Tehranda konsert verəcək

Azərbaycan, Bakı, 3 yanvar /Trend müxbir Təmkin Cəfərov/

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək.

Trend-in İranın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, konsert yanvarın 11-12-də Tehranın Vəhdət sarayında baş tutacaq.

Məlumata əsasən, A.Qasımovun ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənəcək. Sənətkar qızı, əməkdar artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək. A.Qasımovu konsertdə simfonik orkestr müşayiət edəcək.

Qeyd edək ki, A.Qasımov 2014-cü il mayın 13-də Tehranın Milad sarayında konsert vermişdi və konsert çox böyük coşqu ilə qarşılanmışdı.

A.Qasımov bundan öncə İranda 1992, 2002 və 2006-cı illərdə konsert verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti