...

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar filmlərin nümayişinə başlanılır

Mədəniyyət Materials 15 Yanvar 2015 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 20 Yanvar və Xocalı faciələrinin ildönümlərində "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyaları tərəfindən istehsal olunmuş hərbi vətənpərvərlik mövzusunda filmlərin nümayişi həyata keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə yanvarın 16-da saat 16:00-da 1 saylı uşaq evinin şagirdləri üçün Milli Qəhrəman Mübariz İbrahimova həsr edilən "Mübarizlik zirvəsi" və Qorxmaz Eyvazova həsr edilən "Adına yaraşan oğul", yanvarın 19-da saat 12:00 və 16:00-da isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və Bakı Ali Neft Məktəbinin tələbələri üçün Milli Qəhrəman Nizami Məmmədova həsr edilən "Ömrümün şah zirvəsi", Gültəkin Əsgərovaya həsr edilən "Gültəkin", Mübariz İbrahimova həsr edilən "Mübarizlik zirvəsi" filmləri nümayiş olunacaq.

Bu gün artıq Bakı Ali Neft Məktəbinin tələbələri üçün Milli Qəhrəmanlar Gültəkin Əsgərovaya həsr edilən "Gültəkin" və Qorxmaz Eyvazova həsr edilən "Adına yaraşan oğul" filmləri nümayiş olunub.

19 yanvar 2015-ci il tarixində saat 10:00-da, 11:00-da və 12:00-da isə "Vətən" kinoteatrının təçkilatçılığı ilə 1 nömrəli orta ümumtəhsil məktəbində məktəbin şagirdləri üçün Azərbaycanına Milli Qəhrəmanları Fazil Mehdiyev, Asif Məhərrəmov və Şirin Mirzəyevə həsr olunan "El təəssübü vətən məhəbbəti", "Haqqa söykənən həyat və "Şirin Mirzəyev" sənədli filmləri nümayiş etdiriləcək.

20 Yanvar təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı təcavüzdür. 1990-cı ilin 19 yanvar şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. Tariximizin 20 Yanvar səhifəsi incəsənət əsərlərində əksini tapdıqca yaddaşlarda daha dərin izlər buraxaraq həkk olunur. 20 Yanvar Azərbaycan rejissorlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalmaqdadır. Elə bu səbəbdən də son zamanlar çəkilən filmlərdə həm milli tariximiz, həm taleyüklü məsələlərimiz əksini tapır, 20 Yanvar və Xocalı faciəsi, Qarabağda gedən döyüşlərlə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilən sənədli filmlər istehsal edilərək kino tarixinin səhifələrində özünə yer ayırır. Son dövrdə ardıcıl olaraq dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir neçə tarixi bədii film, "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında isə silsilə xarakterli Milli Qəhrəmanlara həsr edilən sənədli filmlər çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti