...

Rəssamlar çəkisizlikdə rəsm çəkdilər

Mədəniyyət Materials 23 Yanvar 2015 15:15 (UTC +04:00)
Doqquz meksikalı rəssam çəkisizlikdə rəsm əsərləri çəkib.
Rəssamlar çəkisizlikdə rəsm çəkdilər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Doqquz meksikalı rəssam çəkisizlikdə rəsm əsərləri çəkib. Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Meksika Milli Təsviri İncəsənət İnstitutunun direktoru Mariya Qarsiya Sepeda deyib.

O bildirib ki, ekspermentlərinin əsas məqsədi elmi incəsənətlə birləşdirmək cəhdi olub. Rəssamlar fikirlərini həyata keçirmək üçün Rusiyanın Kosmonavtların Hazırlıq Mərkəzindəki təlim təyyarəsində olublar.

Rəssamların uçuşda çəkdikləri 12 rəsmdən ibarət sərgi Meksika, Rusiya, Sloveniya və ABŞ-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti