...

Plov, ləvəngi, qızardılmış quzu əti... (FOTO)

Mədəniyyət Materials 11 Fevral 2015 15:17 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsinin başlanmasına həsr edilmiş tədbir keçirilib.
Plov, ləvəngi, qızardılmış quzu əti... (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Vüqar İmanov/

Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsinin başlanmasına həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Masallı rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə baş tutub.

Layihə çərçivəsində xalq tətbiqi sənəti ustalarının əl işləri, ədəbi nəşr nümunələri, milli mətbəxin təamları, kənd təsərrüfatı məhsulları təqdim edilib, Masallı rayonunun iqtisadi və mədəni həyatından bəhs olunub, maraqlı konsert proqramı nümayiş etdirilib.

Qonaqlarda Masallı rayonunun milli mətbəxinin yeməkləri - bir neçə plov növü, ləvəngi, qızardılmış quzu əti, müxtəlif içkilər, salatlar və şirniyyatlar xüsusi maraq doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti