...

Klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Mədəniyyət Materials 14 Aprel 2015 15:15 (UTC +04:00)
Aprelin 15-də, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq.
Klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Aprelin 15-də, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olacaq. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprel 12-dən başlayaraq Bakı şəhərində Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin və ISESCO-nun iştirakı, Bakı Musiqi Akademiyası və "Kainat" Gənclik Mərkəzinin birgə təşkilatçılğı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının IV Beynəlxalq müsabiqəsinə start verilib.

Müsabiqədə Turkiyə, Misir, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, İran, Qırğızıstan, İndoneziya və Azərbaycandan olan istedadlı gənclər iştirak edirlər.

Qeyd edək ki, aprelin 6-da Bakı Musiqi Akademiyasında Azərbaycandan olan iddiaçıların dinləmələri keçirilib. Aprelin 14-15-də isə xarici ölkə iştirakçılarının kiçik və böyük yaş qruplarının, beynəlxalq tərkibli münsiflər heyətinin iştirakı ilə müsabiqənin təntənəli açılışı dinləmələrlə davam etdiriləcək.

Qaliblərin mükafatlandırılma mərasimi və qala-konsert aprelin 15-də, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Müsabiqə iştirakçıları və qaliblər xüsusi mükafat və diplomlarla təltif olunacaqlar.

Müsabiqənin mədəni proqramı çərçivəsində qonaqlar üçün yeni inşa olunmuş "Heydər" məscidinə, Bayraq meydanına və Bakı-Oksford məktəbinə ekskursiyalar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti